Azərbaycanda uşaqlar arasında koronavirusa yoluxma göstəricisi

© REUTERS / Pascal RossignolДети в масках чистят руки в первый день школы во Франции
Дети в масках чистят руки в первый день школы во Франции  - Sputnik Azərbaycan, 1920, 05.05.2021
Abunə olmaq
Azərbaycanda bu günə qədər 322761 nəfər COVID-19-a yoluxub və onlardan 296875 nəfəri sağalıb. Ümumilikdə isə 4597 nəfər dünyasını dəyişib.

BAKI, 5 may — Sputnik. Azərbaycanda koronavirusa yoluxanların yaş qruplarına görə bölgüsü açıqlanıb. Sputnik Azərbaycan-ın koronovirus.info saytına istinadən məlumatına görə, ən çox yoluxma 30-39 yaş arası (21 %) şəxslərdə qeydə alınıb.

0-9 yaş arası olanlarda yoluxma 3%, 10-19 yaş arasında 6%, 20-29 yaş arasında 16%, 30-39 yaş arasında 21%, 40-49 yaş arasında 15%, 50-59 yaş arasında 18%, 60-69 yaş arasında 15%, 70-79 yaş arasında 4%, 80 yaş üzəri olanlarda isə 2% təşkil edir.

Yoluxanların 49%- i kişi, 51%-i isə qadınlardır.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər 322761 nəfər COVID-19-a yoluxub və onlardan 296875 nəfəri sağalıb. Ümumilikdə isə 4597 nəfər dünyasını dəyişib. Aktiv koronavirus xəstələrinin sayı 21289 nəfər təşkil edir.

Xəbər lenti
0