17:37 18 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0231
XƏBƏRLƏR
Qısa URL
19 0 0

Fakt üzrə Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

BAKI, 4 may — Sputnik. Müğənni Aslan Hüseynovun öldüyü yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb. Sputnik Azərbaycan xəbər verir ki, fakt üzrə Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb və hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, Bakı-Qazax yolunun 60-cı km-də A.Hüseynova məxsus BMW markalı avtomobilin qarşıda hərəkət edən "KamAZ" markalı yük avtomobili ilə toqquşması nəticəsində o dünyasını dəyişib.

 

Əsas mövzular