11:04 09 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
23 0 0

"Necə keçdi? Bu, sadəcə bir oyundur. Çox qəribə təcrübədir. Yeməyə heç bir meylim yoxdur. Bədənim tamam yenilənib, hər bir hüceyrəmə qədər təzələnmişəm".

BAKI, 4 may — Sputnik. 40 gün ac-susuz qala biləcəyini iddia edən, "YouTube"da xeyli sayda abunəçiyə sahib rus Vitali Vıqranovski bu təcrübənin sonuna yaxın həyatını itirib.

Sputnik Türkiyə-nin yaydığı məlumata görə, o, "challenge"ə bu ilin mart ayında Moskvada başlayıb. Ancaq Vıqranovski aclığın onuncu günündə vəziyyətinin pisləşdiyini, şəhər atmosferinin onu narahat etdiyini deyərək Abxaziyaya yola düşdüyünü və "challenge"inə orada davam edəcəyini bildirib.

Yutuber iddiasının iyirminci günündə isə toxluq hiss etdiyini, arıqladığını və fiziki hərəkət etmək üçün enerjisinin qalmadığını deyib.

Otuz beşinci gündə artıq ölmək üzrə olduğunu bildirməsinə baxmayaraq, "challenge"ə davam edən yutuber bunları bildirib: "Necə keçdi? Bu, sadəcə bir oyundur. Çox qəribə təcrübədir. Yeməyə heç bir meylim yoxdur. Bədənim tamam yenilənib, hər bir hüceyrəmə qədər təzələnmişəm".

Bundan sonra Vıqranovskinin yaxınları sosial mediada verdikləri açıqlamada yutuberin "challenge"in sonunda həyatını itirdiyini bildiriblər. Onun dəqiq ölüm səbəbi isə hələlik açıqlanmayıb.

 

Əsas mövzular