07:35 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
13 0 0

Sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşan şirkətin yaradılmasında məqsəd xüsusilə dağ-mədən və tikinti sənayesində istifadə edilən mülki partlayıcı maddələrə olan daxili tələbatın ödənilməsi və idxaldan asılılığın aradan qaldırılmasıdır.

 

BAKI, 3 may — Sputnik. "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ikinci törəmə şirkəti, "AzerBlast" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təsis edilib. Bu barədə "AzerGold" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşan şirkətin yaradılmasında məqsəd xüsusilə dağ-mədən və tikinti sənayesində istifadə edilən mülki partlayıcı maddələrə olan daxili tələbatın ödənilməsi və idxaldan asılılığın aradan qaldırılmasıdır.

Qeyd edək ki, dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında təsis edilən şirkət 9 mart 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Törəmə cəmiyyətin ümumi səhmlərinin 51 faizi "AzerGold" QSC-yə, 49 faizi isə "DM Servis" MMC-yə məxsusdur. 2013-cü ildə təsis edilmiş "DM Servis" MMC mülki partlayıcı maddələr və innovativ partlayış sistemlərinin istehsalı sahəsində dünya liderlərindən olan "Orica-Nitro" şirkətinin Azərbaycan üzrə rəsmi tərəfdaşıdır.

Əsas mövzular