12:22 09 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
11 0 0

Aprel ayının 30-da DSX-nin Sərhəd Qoşunlarının "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində yeni inşa olunmuş "Ağgöl" sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib.

BAKI, 30 aprel — Sputnik. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinindən (DSX) məlumat verilib.

Aprel ayının 30-da DSX-nin Sərhəd Qoşunlarının "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində yeni inşa olunmuş "Ağgöl" sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib.

© State Border Service of Azerbaijan Republic
DSX-nın "Ağgöl" zastava kompleksində

Bu münasibətlə təşkil olunan təntənəli mərasimdə çıxış edən DSX rəisinin birinci müavini - Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqov Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriklərini şəxsi heyətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azər­baycan sərhədçisinin həm sərhəddə, həm də səngərdə dövləti maraq­ların keşiyində durmağa hər zaman hazır olması xüsusi vurğulanıb. Sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsinə ən ali səviyyədə xüsusi önəm verilməsi sayəsində DSX-nin hərbi hissə və bölmələrində şəxsi heyət üçün zəruri xidməti və məişət şəraitinin yaradıl­ması qeyd olunub, açılışı baş tutan sərhəd zastavasının bu yüksək qay­ğının növbəti təzahürü olmasını bildirilib.

  • Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində yeni inşa olunmuş "Ağgöl" sərhəd zastavası kompleksi
    © State Border Service of Azerbaijan Republic
  • DSX-nın "Ağgöl" zastava kompleksində
    © State Border Service of Azerbaijan Republic
  • DSX-nın "Ağgöl" zastava kompleksində
    © State Border Service of Azerbaijan Republic
1 / 3
© State Border Service of Azerbaijan Republic
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində yeni inşa olunmuş "Ağgöl" sərhəd zastavası kompleksi

Açılış mərasimindən sonra tədbir iştirakçıları sərhəd zastavası kom­pleksinə baxış keçiriblər. Burada şəxsi heyətin xidmətinin yüksək səviy­yədə təşkili və asudə vaxtının səmərəli keçirməsi üçün müxtəlif təyinatlı otaqlar, yataqxana, yeməkxana, hamam-camaşırxana, anbarlar inşa edil­ib, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri yaradılıb.

Xidməti fəaliyyətində fərqlənən bir qrup hərbi qulluqçu təltif olunduqdan sonra tədbir bayram süfrəsi arxasında davam etdirilib.

Tədbirin sonunda hərbi hissənin kinoloji mütəxəssisləri xüsusi təlim keçən itlərdən istifadə etməklə xidməti tapşırıqların icrası üzrə bacarıq­larını nümayiş etdiriblər.

Əsas mövzular