Azərbaycanda COVID-19-a yoluxma və ölümlə bağlı bu günün statistikası

© AP Photo / Mahesh Kumar AТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.04.2021
Abunə olmaq
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 649, bu günə qədər isə ümumilikdə 3 206 917 test icra olunub.

BAKI, 27 aprel - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 307 yeni yoluxma faktı qeydə alınıb, 2 383 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 315 119 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 282 786 nəfər müalicə olunaraq sağalıb, 4 429 nəfər vəfat edib. 27 904 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 649, bu günə qədər isə ümumilikdə 3 206 917 test icra olunub.

Xəbər lenti
0