11:30 15 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
75 0 0

Ermənistanın Ekologiya Nazirliyi Əliyevlərin fotolarının Zəngəzurun "Çinar meşəsi" dövlət qoruğunda çəkilmədiyinə dair açıqlama vermək məcburiyyətində qaldı.

BAKI, 27 aprel — Sputnik. Xəbər verdiyimiz kimi, aprelin 26-da Prezident İlham Əliyev və xanımı erməni işğalından azad olunmuş Zəngilan rayonuna səfər edib. Səfər zamanı Əliyevlərin ağaclıq ərazidə çəkilən ailəvi fotoları erməniləri qorxuya salıb. Ermənilər sosial mediada sözügedən fotoları paylaşaraq şəkillərin Zəngəzurun "Çinar meşəsi" dövlət qoruğunda çəkildiyini bildiriblər. Paylaşımlarda o da qeyd olunub ki, Əliyevlər artıq Zəngəzurda sərbəst şəkildə hərəkət edirlər.

Məsələ ilə bağlı bu gün Ermənistanın Ətraf Mühit Nazirliyi xüsusi açıqlama verib. Sputnik Ermənistanın yaydığı məlumata görə, qurum məlumatı təkzib edərək insanları İlham Əliyevin sözügedən fotolarını tirajlamamağa çağırıb.

"Fotolar Ermənistan ərazisində çəkilməyib. Bundan başqa, həmin fotolar "Çinar meşəsi" dövlət qoruğunda deyil, Zəngilandakı Bəsitçayın yaxınlığında çəkilib ki, həmin ərazi də Azərbaycanın nəzarəti altındadır", – deyə məlumatda bildirilir.

Nazirlik onu da vurğulayıb ki, Qarabağdakı döyüşlərdən əvvəl göstərilən ərazidə sərhədlər boyunca aydın koordinatları olan sərhəd sütunlarının yaradılması istiqamətində işlər aparılıb.

"Göstərilən ərazidə sərhəd dəyişikliyi olmayıb", – deyə məlumatda qeyd olunur.

 

Əsas mövzular