17:58 15 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
11 0 0

"Ermənilər tərəfindən türk və Azərbaycan xalqlarına qarşı müxtəlif illərdə dəfələrlə soyqırımı aktları törədilib". Xocalı soyqırımını unudanlar hansı məqsədlər güdürlər?" - Sahibə Qafarova.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 aprel — Sputnik. "ABŞ Prezidenti Co Baydenin "erməni soyqırımı" ilə bağlı ifadəsi qəbuledilməzdir və onun qərəzli mövqeyini ifadə edir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Sahibə Qafarova bildirib ki, bu ifadəni işlədənlərin, siyasi dividentlər əldə etmək istəyənlərin hərəkəti təəssüf doğurur: "Soyqırımı ilə bağlı qərarı ancaq beynəlxalq məhkəmə verə bilər. Bu, yalnız ABŞ Prezidentinin fikridir. Ermənilər tərəfindən türk və Azərbaycan xalqlarına qarşı müxtəlif illərdə dəfələrlə soyqırımı aktları törədilib. 1992-ci ildə XX əsrin ən dəhşətli soyqırımı Xocalıda həyata keçirilib. Xocalı soyqırımını unudanlar hansı məqsədlər güdürlər?"

O bildirib ki, Türkiyənin qərarı ilə Ermənistan Osmanlı arxivlərinin açılmasına və tarixi faktların araşdırılmasına dəvət olunub: "Erməni tərəfi həmişə buna etinasızlıq göstərib. Azərbaycan bu məsələdə də Türkiyənin yanındadır. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla sonuncu telefon danışığı da bunu bir daha sübut edir".

Əsas mövzular