15:34 14 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
21 0 0

Deputat bir sıra partiyaların fəaliyyətinin və hesabatlılığının qaranlıq olmasına təəsüfünü ifadə edib.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 aprel - Sputnik. Uzun illərdir ki, Azərbaycanda çox gözəl Mərkəzi Seçki Komissiyası formalaşıb. Burada fəaliyyət göstərən insanlar kifayət qədər savadlı və bilikli, Seçki Məcəlləsinin tələblərini çox yaxşı həyata keçirən insanlardır.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.

O qeyd edib ki, son 6 parlament seçkisi zamanı YAP-ın səlahiyyətli nümayəndəsi kimi MSK ilə mütəmadi ünsiyyət saxlayıb. Orada hər bir siyasi partiya üçün bərabər şəraitin yaradılması, hər bir siyasi partiyanın nümayəndələrinin demokratik şəkildə seçilməsi üçün yaradılan şəraitin şahidi olub.

"Azərbaycanda unikal addımdan biridir ki, DSK-ların daimi binaları, işçiləri var. Onlar tərəfindən seçicilərin siyahısının dəqiqləşdirilməsi ağır işdir. Siyasi partiyalar hər 3 aydan bir MSK-ya hesabat verir. Bu da şəffaflığın təmin olunmasının göstəricisidir", - S.Novruzov deyib.

Deputat bir sıra partiyaların fəaliyyətinin və hesabatlılığının qaranlıq olmasına təəsüfünü ifadə edib:

"Onlar bu günə qədər MSK-ya hesabat vermir. Onlar Azərbaycanın apardığı uğurlu siyasətə həm xaricdə, həm də daxildə kölgə salmağa çalışır. AXCP kimi partiyalar bu günə qədər maliyyə hesabatlarını təqdim etmir. Onlar öz maliyyə vəziyyətlərini gizlədir. Gələcəkdə “Siyasi partiyalar haqqında” qanuna dəyişiklikdə bunu istisna hal kimi salmalıyıq və MSK-ya hesabat təqdim etməyən partiyalarla bağlı müvafiq qərar vermək səlahiyyəti formalaşdırmalıyıq".

Novruzov əlavə edib ki, Məzahir Pənahov 20 ilə yaxındır, MSK-ya rəhbərlik edir və orada şəffaflıq baxımından çox böyük işlər görür.

Əsas mövzular