20:40 14 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
15 0 0

Belə bir mühitin yaradılmasının başda Türkiyə - Ermənistan və türk-erməni münasibətləri olmaqla regional sülhə mənfi təsir edəcəyi açıqdır.

BAKI, 26 aprel — Sputnik. Birləşmiş Ştatlar Prezidentinin 1915-ci il hadisələri ilə bağlı "soyqırım" ifadəsini işlətməsi, tarixi inkar və təhrif etməkdən başqa bir anlam daşımamaqdadır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar ABŞ Prezidenti Co Baydenin qondarma "erməni soyqırımı" ifadəsi işlətməsinə münasibət bildirərkən deyib.

"Bu ifadəni istifadə edənlər dünya və öz tarixlərinə baxmalıdırlar. Olmayan bir hadisənin təkrarı ola bilməyəcəyi üçün ABŞ rəhbərliyinin əsaslandırması da etibarsızdır. Daha əvvəl belə bir ifadə işlənməzkən, nə dəyişdi ki, belə bir qərar verildi? Qərəzsiz Amerika xalqı bu barədə nə düşünür? Erməni xalqını belə təmsil etməyən lobbinin yönləndirilməsi ilə alınan bu qərarın ağıl və əxlaq ilə izahı yoxdur. Tarixin belə siyasi açıqlamalarla yenidən yazılmayacağı bilinməlidir. Tarixdən düşmənçilik çıxarmaq və yeni qarşıdurmalar yaratmaq qəbuledilməz və faydasızdır. Tarixi hadisələr hesablaşma və qarşıdurma vasitəsi kimi istifadə edilməməli, siyasiləşdirilməməlidir. Belə bir mühitin yaradılmasının başda Türkiyə - Ermənistan və türk-erməni münasibətləri olmaqla regional sülhə mənfi təsir edəcəyi açıqdır. Bu bölgəmizin sülh və sabitliyi erməni diasporu və onu keçmişdə olduğu kimi bu gündə öz maraqları üçün istifadə etməyə çalışan ölkələrin deyil, bizlərin – bölgə ölkələrinin, Türkiyənin və Ermənistanın ortaq problemidir", - deyə Akar qeyd edib.

Müdafiə naziri vurğulayıb ki, Türkiyə hər zaman 1915-ci il hadisələri ilə bağlı mübahisələrin siyasətçilər deyil, tarixçilər tərəfindən edilən bir mövzu olduğunu müdafiə etmiş və ABŞ kimi müttəfiq ölkələr də daxil olmaqla üçüncü ölkələrdən də bunu gözləmişdir.

Əsas mövzular