14:50 14 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
6 0 0

"The Washington Post" qəzetinin yazdığına görə, 2021-ci il yanvarın 20-də, Baydenin andiçmə günü şirkətə Pentaqonun 56 milyon IP ünvanı üzərində nəzarət verilib. Daha sonra bu say artırılaraq 175 milyona çatdırılıb.

BAKI, 26 aprel — Sputnik. ABŞ Müdafiə Nazirliyi Jo Baydenin prezident kimi səlahiyyətlərinin icrasına başlamasından üç dəqiqə əvvəl istifadə olunmamış milyonlarla IP ünvanını tanınmamış kiçik bir şirkət olan "Global Resource Systems"-in nəzarətinə verib. Bu barədə Rusiya mediası "The Washington Post" qəzetinə istinadla məlumat yayıb.

Qəzetin yazdığına görə, 2021-ci il yanvarın 20-də (Baydenin andiçmə günü) şirkətə Pentaqonun 56 milyon IP ünvanı üzərində nəzarət verilib. Daha sonra bu say artırılaraq 175 milyona çatdırılıb ki, bu da "Comcast" və "AT&T" kimi Amerikanın telekommunikasiya nəhəngləri tərəfindən idarə olunan internetdə bütün mövcud IP ünvanlarının təxminən 6%-ni təşkil edir.

Şirkətin Planteyşen qəsəbəsindəki (Florida ştatında) icarəyə götürdüyü binalardan birinə baş çəkən "The Washington Post"-un jurnalistinə sözügedən məsələ ilə bağlı hər hansı bir məlumat verməkdən imtina edərək onu oradan qovublar.

Pentaqondan verilən xəbərə görə, "Global Resource Systems"-in xidmətindən IP ünvanları ilə bağlı qiymətləndirmə aparmaq və bu sahədəki çatışmazlıqları müəyyənləşdirmək məqsədilə həyata keçirilən pilot layihənin bir hissəsi kimi istifadə olunur. Nazirlik nümayəndələrinin sözlərinə görə, layihə çərçivəsində IP ünvanlarından "icazəsiz istifadənin" qarşısı alacaq və "kiberməkanda müasir təhdidlərə" qarşı cavab tədbirləri hazırlanacaq.

Şirkət özü isə IP adresləri üzərində nəzarəti yalnız internet trafikindən məsul olan dinamik marşrutlaşdırma protokolu əsasında əldə etdiyini bildirib. Bu barədə açıqlamada qeyd olunur ki, Pentaqonun IP ünvanları açıqdır, lakin şirkət vasitəsilə yönləndirilməlidir.

Qeyd edək ki, "Global Resource Systems" 2020-ci ilin sentyabrında yaradılıb. "The Washington Post"-un yazdığına görə, şirkətin ümumi veb-saytı mövcud deyil və federal müqaviləsi yoxdur. Odur ki Pentaqonun niyə internet məkanının təhlükəsizliyini qiymətləndirmək üçün bu şirkəti seçdiyi başa düşülən deyil. Bundan əlavə, qəzetin də qeyd etdiyi kimi, Pentaqonun illərdən bəri istifadəsiz qalmış IP ünvanlarını niyə məhz indi analiz etməyə başlamasının səbəbi naməlumdur.

Əsas mövzular