20:37 14 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
6 0 0

Bəzi mafiozlara yeni ittihamnamələr artıq digər cinayətlərə görə cəza çəkdikləri həbsxanalarda təqdim olunub.

BAKI, 26 aprel — Sputnik. Bazar ertəsi səhər çağlarında İtaliya polisinin Apuliya vilayətinin Bari şəhərində mütəşəkkil cinayətkarlıqla mübarizə çərçivəsində həyata keçirdiyi əməliyyat nəticəsində təqribən 100-ə qədər insan saxlanılıb. Sputnik Azərbaycan Rusyia KİV-lərinə istinadən xəbər verir ki, polis xüsusi təyinatlıları və yerli mafiya ilə mübarizə idarəsinin birgə keçirdiyi "Dumanlı burulğan" əməliyyatı nəticəsində şəhərdə demək olar ki bütün kriminal fəaliyyəti özündə cəmləşdirən nüfuzlu "Strişulyo" klanının üzvləri saxlanıb.

Nəticədə 96 nəfər dəmir barmaqlıqlar arxasına göndərilib, üç nəfər barəsində isə ev dustaqlığı barədə qərar qəbul olunub. Saxlanılanların hamısına qarşı mafioz fəaliyyət, narkotiklərin ticarəti, soyğunçuluq, ağır bədən xəsarətləri yetirmə, qanunsuz silah saxlama və gəzdirmə maddələri ilə ittihamlar irəli sürülüb. Ümumilikdə isə hazırda 147 nəfər istintaq altındadır.

Bu gün həyata keçirilmiş həbslər müəyyən ərazilərə nəzarət etmək uğrunda qanqsterlərin 2015-ci ildən indiyə qədər həyata keçirdiyi cinayət əməllərinin, habelə təşkilatdaxili cinayət iyerarxiyasının aşkar olunaraq sənədləşdirilməsi nəticəsində mümkün olub. Maraqlıdır ki, bəzi mafiozlara yeni ittihamnamələr artıq digər cinayətlərə görə cəza çəkdikləri həbsxanalarda təqdim olunub.

Əməliyyatın təfərrüatları barədə Bari şəhər məhkəməsinin "Bitonto bunkeri" adlandırılan binasında keçiriləcək mətbuat konfransında açıqlanacaq. Jurnalistlər qarşısında İtaliya Milli Prokurorluğunun mafiya ilə mübarizə üzrə rəhbərliyi müvafiq açıqlama ilə çıxış edəcək.

Əsas mövzular