14:27 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
398001

Nazir: "Birləşmiş Ştatlarla uranın zənginləşdirilməsi və nüvə zavodları il bağlı razılığa gəldik. Ancaq Rusiya buna mane olmağa çalışdı".

BAKI, 26 aprel — Sputnik. "Rusiya İranın Qərblə əldə etdiyi nüvə razılaşmasının nəticə verməməsini istəyirdi". Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif mərkəzi Londonda yerləşən "Iran International"-a müsahibəsində bildirib.

"Rusiya İranın Qərblə əldə etdiyi nüvə razılaşmasının nəticə verməməsini istəyirdi. Bunun üçün maksimum səy göstərdi. Birləşmiş Ştatlarla uranın zənginləşdirilməsi və nüvə zavodları il bağlı razılığa gəldik. Ancaq Rusiya buna mane olmağa çalışdı", - Zərif deyib.

İran XİN rəhbəri müsahibəsində bunun iki faktorla bağlı olduğunu bildirib. O deyib ki, İranın Qərblə münasibətləri normallaşsaydı, ABŞ Prezidenti Donald Tramp İrana deyil, Rusiya və Çinlə münasibətlərə diqqət yetirəcəkdi. Bundan əlavə, Rusiya iqtisadi baxımdan da İranla rəqabət aparacaqdı.

Qeyd olunur ki, iranlı nazir nəşrə mart ayında müsahibə versə də, müsahibə yayımlanmayıb. Müsahibənin səs yazısı isə bu günlərdə yayımlanıb, İran Xarici İşlər Nazirliyi isə səs yazısının nazirə aid olduğunu təsdiqləyib.

Əsas mövzular