07:48 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
8 0 0

Ölkə üzrə peyvəndləməyə start verilən gündən əlilliyi olan şəxslərin siyahısı ərazi üzrə poliklinikalara təqdim edilib.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 aprel — Sputnik. Əlilliyi olan şəxslərin yeni növ koronavirusa (COVID-19) qarşı vaksinasiya prosesinin hansı formada aparıldığına aydınlıq gətirilib.

Sputnik Azərbaycan-ın sorğusuna Bakı Baş Səhiyyə İdarəsindən cavabda bildirilib ki, ölkə üzrə peyvəndləməyə start verilən gündən əlilliyi olan şəxslərin siyahısı ərazi üzrə poliklinikalara təqdim edilib və əksəriyyət artıq peyvənd olunub. Əlilliyi olan şəxslərin peyvəndləmə prosesi isə aşağıdakı kimidir: "Əlilliyi olan şəxs və ya yaxın adamı ərazi üzrə poliklinika, yaxud sahə həkimi ilə əlaqə saxlayır. Poliklinikadan da Təcili Tibbi Yardıma məlumat verilir. Sahə həkimi peyvəndi xüsusi soyuducuya yerləşdirərək Təcili Tibbi Yardım briqadası ilə birlikdə qeyd olunan ünvana gedir".

Əsas mövzular