11:26 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
7

Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronavirusun daha  çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.

BAKI, 24 aprel — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı tədbirlərin həyata keçirilməsi davam edir.  Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı şəhərində koronavirusla (COVID-19) bağlı mövcud vəziyyət nəzərə alınaraq aprel ayının 24-ü səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən cari ildə dördüncü, ölkədə əks-pandemiya tədbirlərinin əvvəlindən isə artıq 22-ci dəfə paytaxtdakı əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı cəlb edilməklə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.

  • Bakı küçələrində dezinfeksiya işləri
    © The Executive Power of the Baku City
  • Bakı küçələrində dezinfeksiya işləri
    © The Executive Power of the Baku City
  • Bakı küçələrində dezinfeksiya işləri
    © The Executive Power of the Baku City
  • Bakı küçələrində dezinfeksiya işləri
    © The Executive Power of the Baku City
  • Bakı küçələrində dezinfeksiya işləri
    © The Executive Power of the Baku City
1 / 5
© The Executive Power of the Baku City
Bakı küçələrində dezinfeksiya işləri

Gün ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinlərinə bir gün əvvəldən KİV-lər vasitəsilə xəbərdarlıq olunub.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Bildirilib ki, əsas məqsədi vətəndaşlarımızı bu pandemiyadan qorumaq olan geniş dezinfeksiya tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında keçirilib və bu tədbirlər davam etdiriləcək.

Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronavirusun daha  çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.

Əsas mövzular