Rusiyada yol hərəkəti qaydalarına əlavələr ediləcək

© Sputnik / Maksim Blinov / Mediabanka keçidСотрудник ДПС работает на Моховой улице в Москве.
Сотрудник ДПС работает на Моховой улице в Москве. - Sputnik Azərbaycan, 1920, 24.04.2021
Abunə olmaq
Yol polisi əməkdaşları yay mövsümündə qış şinləri və qış mövsümündə yay şinlərindən istifadəyə görə cərimə yaza bilərlər.

 

BAKI, 24 aprel — Sputnik. Rusiya Federasiyasında yol hərəkəti qaydalarına əlavələrin edilməsi ilə bağlı təkliflər layihəsi müvafiq orqanlara təqdim olunub. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, yeni qaydalar qəbul olunduğu təqdirdə nəqliyyat vasitələrinin istismarına qadağanın qoyulması üçün texniki nasazlıqların və şərtlərin siyahısı xeyli genişlənə bilər.

Volkswagen ID.4 - Sputnik Azərbaycan, 1920, 23.04.2021
Bu ilin ən yaxşı avtomobili elan olundu

Həmin nasazlıqlardan hər hansı birinin aşkar olunduğu təqdirdə bu ölkənin inzibati xətalar məcəlləsinə görə sürücülərə qarşı 500 rubldan sürücülük vəsiqəsindən məhrum edilməyə qədər cəza tətbiq edilə bilər.

Belə ki, yol polisi əməkdaşları yay mövsümündə qış şinləri və qış mövsümündə yay şinlərindən istifadəyə, habelə yük avtomobillərinin qış mövsümündə dişli təkərlərinin olmadığı təqdirdə sürüşmə əleyhinə zəncirlərinin olmadığına görə də cərimə yaza bilərlər. Bu qaydaların tətbiqi vaxtı və qüvvədə olduğu müddət ölkənin hər regionu üçün yerli hakimiyyət orqanlarının qərarına əsasən ayrılıqda müəyyən olunacaq.

Bundan əlavə, işıqlandırma faraları təmizləyicilərinin işləməməsi və ya onların konstruksiya tələblərinə zidd olaraq ümumiyyətlə olmaması, faralar üzərində müdafiə plyonkasının, habelə konstruksiya tələblərinə uyğun olmayan lampaların quraşdırılması da cəzaya səbəb ola bilər.

Günəşdən qorunma dimdiklərinin və istehsalçı tərəfindən nəzərdə tutulduğu təqdirdə təhlükəsizlik yastıqlarının olmaması, habelə görüntü bucağını məhdudlaşdıran "əşyaların" aşkar edilməsi də qanun pozuntusu hesab olunacaq. Əgər videoqeydiyyat cihazı arxa görmə güzgüsünün arxasına, yaxud üzərinə yerləşdirilibsə və görmə bucağını məhdudlaşdırmırsa, o zaman bu hal qayda pozuntusu hesab olunmayacaq.

Церемония открытия моста на реке Самур между Азербайджаном и Россией - Sputnik Azərbaycan, 1920, 16.04.2021
CƏMİYYƏT
Azərbaycan polisindən xəbərdarlıq: Rusiyada qanun dəyişib

Daha sonra yeni təkliflərdə avtomobilin kompüter yaddaşında mühərrikin və ya sürətlər qutusunun nasazlığı ilə bağlı qeydlərin aşkar olunması da əksini tapıb.

Avtomobilin bamperindən kənara çıxan polad və analoji konstruksiyaların olması, habelə qəzadan sonra bamperin metal hissələrinin əyilərək bamper xəttindən kənara çıxması da bundan sonra qayda pozuntularına şamil olunacaq. Mütəxəssislərin fikrincə, bu hallar estetik görünüşü pozmaqdan əlavə, həmçinin piyadaların xəsarət almasına da səbəb ola bilər.

Yeni qaydalar layihəsi hazırda Rusiya hökuməti yanında Analitik mərkəzin mütəxəssisləri tərəfindən qiymətləndirilir və artıq 2022-ci ilin mart ayından qüvvəyə minə bilər.

Xəbər lenti
0