CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zahid Oruc dövlət qurumlarını tənqid etdi

© Sputnik / Murad OrujovZahid Oruc milli vəkil
Zahid Oruc milli vəkil - Sputnik Azərbaycan, 1920, 23.04.2021
Abunə olmaq
"Müavinətləri kəsilən on minlərlə insanın, kredit ala bilməyən sahibkarın və yaxud, haqsız hökm-qərarla üzləşən vətəndaşın qarşısına çıxmamaq da ciddi fəsadlar törədir".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. ""Azəriqaz"ın sədri Ruslan Əliyev son 4 ayda hər həftə sosial şəbəkələr üzərindən canlı yayımlar edərək, minlərlə insanın qarşısında ən sərt suallara cavab verir, videoqəbullar keçirir, göstərişlərini açıq kanallarla edir. Deməli, Mirqasiya Xidməti rəhbərinin 3 il əvvəl cəsarətlə çıxdığı çevik ünsiyyət platformasına hökumətimiz tam tərkibdə qoşulsa, dövlətin informasiya siyasəti köklü dəyişər".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Zahid Oruc deyib.

O təəssüflə bildirib ki, bütün hakimiyyət institutlarının davranışları belə deyil.

Onun sözlərinə görə, müavinətləri kəsilən on minlərlə insanın, kredit ala bilməyən sahibkarın və yaxud, haqsız hökm-qərarla üzləşən vətəndaşın qarşısına çıxmamaq da ciddi fəsadlar törədir.

Z.Oruc bildirib ki, müasir kommunikasiya vasitələri tamam yeni idarəçilik tələbləri ortaya qoyur: "Gözəl binalara və optik internet resurslarına, yüksək markalı kompüterlərə malik olmaqla iş bitmir. Qələbəmizi sürətlə xərcləmək, əsrlərə yetəcək Zəfərimizi gündəlik hüquq, sosial problemlər, idarəetmə qayğıları içərisində əritmək olmaz. Tənqid və ittihamçılar təkcə hökuməti, bir strukturu deyil, sonda dövləti hədəf seçirlər. İnformasiya vakuumunun yerini şayiə və böhtanlar tutur. Dövlət nə qədər işlər görsə də, təbliğat və təqdimatlar cəmi bir günə yetir. Axı ictimai rəy təkcə rəsmi vasitələrlə formalaşmır. Hər gün insanların qəlbi və ruhu uğrunda əsl "səlib yürüşü" gedir. Ona görə də hamımız qəbul etməliyik - hakimiyyət xalqla kommunikasiya, ünsiyyət, dialoq deməkdir!".

Xəbər lenti
0