Şuşada şəhid olan əsgər bu gün torpağa verilib

© Photo : APAŞəhid məzarı. Arxiv şəkli
Şəhid məzarı. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.04.2021
Abunə olmaq
Beş ay əvvəl Şuşanın Daşaltı kəndində şəhid olan Hacıqabul rayonu Muğan qəsəbə sakini, 2000-ci il təvəllüdlü Kərimli Qalası Müslüm oğlu bu gün dəfn edilib.

BAKI, 21 aprel - Sputnik. Vətən müharibəsində 5 ay əvvəl Şuşanın Daşaltı kəndində şəhid olan Hacıqabul rayonu Muğan qəsəbə sakini, 2000-ci il təvəllüdlü Kərimli Qalası Müslüm oğlu bu gün dəfn edilib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, şəhid kənd qəbiristanlığında anasının yanında torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid əsgər Qalası Kərimli ötən il noyabrın 2-də Şuşa uğrunda gedən döyüşlərdə itkin düşüb. 5 ay axtarışlardan sonra onun nəşi Şuşanın Daşaltı kəndində tapılaraq yaxınlarına verilib.  

Qalası Kərimli Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Xəbər lenti
0