19:40 14 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
12 0 0

Beş ay əvvəl Şuşanın Daşaltı kəndində şəhid olan Hacıqabul rayonu Muğan qəsəbə sakini, 2000-ci il təvəllüdlü Kərimli Qalası Müslüm oğlu bu gün dəfn edilib.

BAKI, 21 aprel - Sputnik. Vətən müharibəsində 5 ay əvvəl Şuşanın Daşaltı kəndində şəhid olan Hacıqabul rayonu Muğan qəsəbə sakini, 2000-ci il təvəllüdlü Kərimli Qalası Müslüm oğlu bu gün dəfn edilib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, şəhid kənd qəbiristanlığında anasının yanında torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid əsgər Qalası Kərimli ötən il noyabrın 2-də Şuşa uğrunda gedən döyüşlərdə itkin düşüb. 5 ay axtarışlardan sonra onun nəşi Şuşanın Daşaltı kəndində tapılaraq yaxınlarına verilib.  

Qalası Kərimli Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Əsas mövzular