CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəmşid Naxçıvanski adına hərbi liseydə ilk yubiley tədbiri keçirilib - VİDEO

© AR Ministry of DefenceCəmşid Naxçıvanski adına hərbi liseydə ilk yubiley tədbiri
Cəmşid Naxçıvanski adına hərbi liseydə ilk yubiley tədbiri - Sputnik Azərbaycan, 1920, 20.04.2021
Abunə olmaq
Heydər Əliyev 1971-ci ilin noyabrında internat-məktəbə bayraq təqdim edərək, analoqu olmayan ixtisaslaşdırılmış hərbi təmayüllü ibtidai təhsil ocağına "qırmızı terrorun" qurbanı olan görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adının verildiyini bildirib.

BAKI, 20 aprel — Sputnik. Müdafiə Nazirliyinin qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2021-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasına başlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 23 iyul 1971-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürosu "Xüsusi Orta internat-məktəb yaradılması haqqında" qərar qəbul edib və həmin qərara əsasən Azərbaycan SSR Maarif Nazirliyi və Respublika Hərbi Komissarlığının hərbi məktəblərə daxil olmaq üçün kontingent hazırlamaq məqsədilə Bakı şəhərinin Zığ qəsəbəsindəki 2 nömrəli 8 illik internat-məktəbi təkmilləşdirmək haqqında təklifi bəyənilib.

Həmin qərara əsasən, hər il internat-məktəbin iki 5-ci sinfinə 70 nəfər şagird qəbul edilməsi, xüsusi məktəb haqqında müzakirənin aparılması, onun pul vasitəsilə təminatı və şagirdlərin pulsuz oxuması məsələsinin həll edilməsi, 3 ay müddətində xüsusi internat-məktəb haqqında Əsasnamə hazırlanması və təsdiqi Azərbaycan SSR Nazirlər Soveti, Azərbaycan SSR Maarif Nazirliyi, Respublika Hərbi Komissarlığı və Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə tapşırılıb.

Azərbaycan SSR Nazirlər Sovetinin 15 noyabr 1971-ci il tarixli 311 nömrəli Sərəncamına əsasən Azərbaycan SSR Maarif Nazirliyinə 1971-1972 tədris ilində 2 nömrəli səkkizillik internat-məktəbin bazasında hərbi məktəblərə daxil olmaq üçün kontingent hazırlayan, hər il iki 5-ci sinfə 70 nəfər qəbul etməklə orta internat-məktəb təşkil etməyə, eləcə də məktəbin ştatına fəaliyyətdə olan adi tipli internat-məktəblərin ştatından fərqli olaraq, Əsasnaməyə uyğun 4 əlavə vəzifə daxil etməyə icazə verilib, xüsusi internat-məktəb şagirdlərinin bütün təhsil müddəti ərzində tam dövlət təminatında olacaqları müəyyən edilib, Azərbaycan SSR Maliyyə Nazirliyinə respublika büdcəsindən ayrılıb, 1971-ci ilin 9 ayı ərzində sosial-mədəni tədbirlər üzrə mənimsənilməmiş vəsaitin hesabına göstərilən məktəbə avadanlıq və ləvazimat almaq üçün Maarif Nazirliyinə 50 min manat pul ayırması tapşırılıb.

Heydər Əliyev 1971-ci ilin noyabrında internat-məktəbə bayraq təqdim edərək, analoqu olmayan ixtisaslaşdırılmış hərbi təmayüllü ibtidai təhsil ocağına "qırmızı terrorun" qurbanı olan görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adının verildiyini bildirib.

Məktəbin yetirmələri ayrı-ayrı qoşun növlərində xidmət edərək Azərbaycan Ordusunun yaradılması və möhkəmləndirilməsində müstəsna xidmətlər göstərib, respublikamızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına mübarizə aparıb, neçəsi şəhidlik zirvəsinə ucalıb.

© AR Ministry of DefenceCəmşid Naxçıvanski adına hərbi liseydə ilk yubiley tədbiri
Cəmşid Naxçıvanski adına hərbi liseydə ilk yubiley tədbiri keçirilib - VİDEO - Sputnik Azərbaycan, 1920, 20.04.2021
Cəmşid Naxçıvanski adına hərbi liseydə ilk yubiley tədbiri

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 mart 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Ordusunun peşəkar hərbi kadrlara olan tələbatını mükəmməl ödəmək, Naxçıvan Müxtar Respublikasında gənclərin hərbi təhsil alması üçün əlverişli şərait yaratmaq məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı açılıb və ümummilli liderimizin əbədiyyətə qovuşmasından sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 fevral 2004-cü il tarixli Sərəncamı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün hərbi kadr hazırlığı sisteminin təkmilləşdirilməsi və Milli Ordunun peşəkar kadrlara olan tələbatının ödənilməsi işini yaxşılaşdırmaq məqsədilə Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı ləğv edilərək onun əsasında Heydər Əliyev adına hərbi lisey yaradılıb.

19 aprel 2003-cü ildə Heydər Əliyev son dəfə yaratdığı hərbi liseyi ziyarət edərək şəxsi heyətlə görüşüb və onlara şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzulayıb.

Həmin tarix hər il məktəbdə "Cəmşid Naxçıvanski adına hərbi lisey günü" kimi qeyd edilir.

Bütün bu məsələlər barədə Cəmşid Naxçıvanski adına hərbi liseydə keçirilən ənənəvi "Hərbi Lisey Günü" tədbirində ətraflı məlumat verilib.

Tədbirdə Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisi vəzifəsini icra edən general-mayor Ənvər Əfəndiyev çıxış edərək bu Sərəncamın tarixi əhəmiyyətindən və peşəkar hərbçi kadrların hazırlanması istiqamətində bundan sonra da mühüm əhəmiyyət kəsb edəcəyindən danışıb.

1/5
2/5
3/5
4/5
5/5
1/5
2/5
3/5
4/5
5/5

General-mayor Ə.Əfəndiyev deyib: "Respublikamız müstəqilliyini bərpa etdikdən sonra hərbi liseyin məzunu olmuş 4332 kursant müxtəlif ali hərbi məktəblərdə təhsillərini davam etdirərək zabit rütbəsi almış və bu gün onlar Silahlı Qüvvələrin, eləcə də Azərbaycan Ordusunun zabit heyətinin böyük əksəriyyətini təşkil edirlər. Onlar respublikamızın təhlükəsizliyinin, ərazi bütövlüyünün qorunmasında fədakarlıq, əzmkarlıq, şücaət və rəşadət nümunələri göstərirlər. Məktəbin məzunlarından 20 nəfər ali hərbi rütbəyə yüksəlmiş, 11 nəfər "Azərbaycanın Milli Qəhərmanı" adına layiq görülmüş, yüzlərlə məzun döyüş orden və medalları ilə təltif olunmuşlar. Həm Birinci Qarabağ müharibəsində, həm də 44 gün davam edən Vətən müharibəsində hərbi liseyin məzunları böyük rəşadət və şücaət nümunələri göstərmişlər. 19 nəfər "Vətən Müharibəsi Qəhrəmanı" (9 nəfər ölümündən sonra) fəxri adına layiq görülmüş, 235 nəfər isə orden və medallarla təltif edilmişdir. Həmçinin Vətən müharibəsinin ilk günündən etibarən hərbi liseydə xidmət keçən 43 nəfər zabit, 12 gizir, 3 nəfər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu döyüş əməliyyatlarında iştirak etmiş, onlardan mayor Əliyev Asiman Vaqif oğlu şəhid olmuş, 3 nəfər isə yaralanaraq müxtəlif dərəcəli xəsarətlər almışlar. Hərbi liseyin məzunlarından 114 nəfəri şəhidlik zirvəsinə ucalmışdır".

Daha sonra Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Cəmşid Naxçıvanski adına hərbi liseyin bir qrup hərbi qulluqçusunun və pedaqoji heyət üzvünün mükafatlandırılması haqqında əmri oxunub və mükafatlar sahiblərinə təqdim edilib.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin Vətəni, qalib Azərbaycan Ordusunu, Müzəffər Ali Baş Komandanı tərənnüm edən vətənpərvəlik mahnıları ilə tədbir sona yetib.

https://www.youtube.com/watch?v=g867-Ho_6Hw

Xəbər lenti
0