12:49 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
8 0 0

Müsabiqənin Pitçinq mərhələsi 2021-ci ilin aprel ayında baş tutacaq və proses canlı yayım formasında Dövlət Film Fondunun yeni yaradılan rəsmi "Youtube" kanalında ictimaiyyətə nümayiş etdiriləcək.

BAKI, 20 apr — Sputnik. Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da yüksəltmək və Vətən müharibəsində qazanılmış böyük zəfərə kino vasitəsi ilə töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş "Böyük Qayıdış" qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin Bədii seçim mərhələsi başa çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, 2020-ci ildə Vətən müharibəsində xalqımızın əldə etdiyi şanlı Qələbə, Azərbaycan əsgərinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdiyi qəhrəmanlıq mübarizəsi, yurd həsrəti ilə alışıb-yanan həmyerlilərimizin dədə-baba torpaqlarına qovuşması, habelə arxa cəbhədə yumruq kimi birləşən vətəndaşlarımızın fəaliyyəti kimi mövzulara həsr olunmuş, müsabiqənin bu mərhələsində iştirak edən layihələrdən bədii-kinematoqrafik baxımdan fərqlənən aşağıdakı 26 layihə müsabiqənin Münsiflər heyəti tərəfində seçilərək, sonuncu – Pitçinq mərhələsində iştirak hüququ əldə etmişdir:

Qəbul olunmuş layihələrdən 1-i televiziya kanalı, 6-sı dövlət studiyaları, 19-u isə müstəqil prodüser mərkəzləri tərəfindən təqdim edilib.

Müsabiqənin Pitçinq mərhələsi 2021-ci ilin aprel ayında baş tutacaq və proses canlı yayım formasında Dövlət Film Fondunun yeni yaradılan rəsmi "Youtube" kanalında ictimaiyyətə nümayiş etdiriləcək. Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq Pitçinqdə müdafiə edəcəklər. Bu mərhələdə Münsiflər heyətinin rəyi əsasında ən yaxşı layihələr müəyyən ediləcək. 30 aprel 2021-ci il tarixində Mədəniyyət Nazirliyinin www.mct.gov.az internet saytında və "Mədəniyyət" qəzetində elan ediləcək qalib layihələr onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə təminatı əsasında istehsal olunacaq.

Qeyd edək ki, Pitçinq mərhələsinin həyata keçiriləcəyi dəqiq tarix barədə ictimaiyyətə öncədən məlumat veriləcək.

Əsas mövzular