TƏBİB-dən səyyar vaksinasiya ilə bağlı açıqlama

© Sputnik / Rahim MuradovВакцинация от коронавируса в Азербайджане
Вакцинация от коронавируса в Азербайджане  - Sputnik Azərbaycan, 1920, 09.04.2021
Abunə olmaq
Bu gün də Mətbuat Şurasının binasında 50-yə yaxın jurnalistin vaksinasiyası səyyar şəkildə həyata keçirilir.

BAKI, 9 aprel — Sputnik. "Dövlət orqanlarından və özəl qurumlardan koronavirus əleyhinə peyvənd olunmaq üçün səyyar briqadaların təşkili ilə bağlı müraciətlər daxil olur". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış deyib.

Onun sözlərinə görə, ümumilikdə, səyyar briqadalar vasitəsilə bu günədək 1000-ə yaxın vətəndaş səyyar şəkildə vaksinasiya prosesində iştirak edib. E.Baxış bildirib ki, bu gün də Mətbuat Şurasının binasında 50-yə yaxın jurnalistin vaksinasiyası səyyar şəkildə həyata keçirilir.

Xəbər lenti
0