Hərbi attaşe səfiri səfirlikdən qovdu – Londonda yeni qalmaqal

© AFP 2023 / JUSTIN TALLISФлаг Великобритании, фото из архива
Флаг Великобритании, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.04.2021
Abunə olmaq
Səfir mediayaya açıqlamasında qeyd edib ki, ötən gün axşam saatlarında ondan binanı tərk etməsi istənilib.

BAKI, 8 aprel — Sputnik. Myanmanın Londondakı səfiri Kyav Zvar Minn səfirlikdən qovulub. Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir ki, səfir Myanmanın hərbi attaşesi tərəfindən qovulub.

Səfir mediaya açıqlamasında qeyd edib ki, ötən gün axşam saatlarında ondan binanı tərk etməsi istənilib. Həmçinin Zvar Minnə bildirilib ki, o, artıq Myanmanın Londondakı rəsmi təmsilçisi deyil.

Zvar Minn gecəni öz maşınında keçirməli olub.

Qeyd edək ki, daha əvvəl Zvar Minn çevriliş nəticəsində həbs olunan Aun San Su Çjinin azadlığa buraxılmasını tələb etmişdi.

Xatırladaq ki, fevralın 1-də Myanmada ordu ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa rəhbər şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini elan edib. Hazırda ölkədə hakimiyyət Myanma Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Min Aun Xlaynın əlindədir. Hərbçilər bildiriblər ki, çevriliş 8 noyabr 2020-ci ildə keçirilən seçkilərdə kütləvi saxtakarlıq ittihamlarına cavab olub. Çevrilişin ardınca Myanmada fövqəladə vəziyyət rejimi elan edilib. Ölkədə il ərzində hərbi xunta hakimiyyətdə olacaq. Daha sonra Myanmada etiraz aksiyalarının iştirakçıları və güc strukturlarının əməkdaşları arasında toqquşmalar baş verib. Toqquşmalar nəticəsində öldürülənlərin sayı 564 nəfərə çatıb.

Xəbər lenti
0