13:25 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
XƏBƏRLƏR
Qısa URL
15 0 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirib ki, havanın temperaturu Abşeron yarımadasında +14-17, Bakıda +15-17 dərəcə olacaq.

BAKI, 6 aprel — Sputnik. Bugün səhərdən Bakıda və Abşeron yarımadasında əsən güclü külək axşam mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bugün Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin saniyədə 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində isə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında 14-17, Bakıda 15-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında qərb küləyinin əsəcəyi, arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Əsas mövzular