07:06 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
XƏBƏRLƏR
Qısa URL
12 0 0

Məşhur aparıcı bu barədə "Instagram" hesabında məlumat paylaşaraq, qəhqəhəsini neçəyə satdığını və alıcının adını açıqlayıb.

BAKI, 5 aprel — Sputnik. Türkiyənin məşhur aparıcısı Saba Tümər yeni texnologiyaların köməyilə bir ilkə imza atıb. Sputnik Azərbaycan xəbər verir ki, şən qəhqəhələri ilə diqqət çəkən tanınmış öz qəhqəhəsini satıb. Satış blokçeyn texnologiyasına əsaslanan NFT protokolu vasitəsilə həyata keçirilib.

Məşhur aparıcı bu barədə "Instagram" hesabında məlumat paylaşaraq, qəhqəhəsini neçəyə satdığını və alıcının adını açıqlayıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Saba Tümer (@sabatumer)

O bildirib ki, gülüşünü 90 min türk lirəsi (təxminən 19 min azn) qarşılığında yəhudi mənşəli türk iş adamı İzzət Pinto alıb.

Xanım aparıcı satışdan əldə olunan vəsaitin xeyriyyə məqsədləri ilə xərclənəcəyini və bu barədə əlavə məlumat verəcəyini də qeyd edib: "Bu pulu Darüşşafaka, Autizm fonduna və 10 min tingə "Gülüş Meşəsi" olmaq üçün bərabər şəkildə bağışlayıram".

Əsas mövzular