08:31 09 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
798 0 0

Rayon sakini: "Qorxudan gecə gözümüzə yuxu getməyib. Hər an haranınsa partlayacağı duyğusu bizi tərk etməyib".

Leyla Abdullayeva,  Sputnik Azərbaycan 

BAKI, 1 aprel - Sputnik. İki gündür Şabranı bürüyən üfunət qarışıq qaz iyi rayon sakinlərini təşvişə salıb. Sakinlər Sputnik Azərbaycan-a son iki gün ərzində rayonu kəskin qaz iyinin bürüdüyünü, bununla bağlı çox narahat olduqlarını bildiriblər.

Onlar yaranmış vəziyyətlə əlaqədar gecəni qorxu içində keçirdiklərini deyiblər.

"Qorxudan gecə gözümüzə yuxu getməyib. Hər an haranınsa partlayacağı duyğusu bizi tərk etməyib", - deyə rayon sakini İbrahim Quliyev bildirib.  

Bakı-Quba yolundan keçən avtomobil istifadəçiləri də qeyd ediblər ki, bu iyi hiss etməmək qeyri-mümkündür.

Rayon sakinləri iyin evlərdən gəldiyini düşünərək qabaqlayıcı tədbirlər görməyə başlayıblar.  
Şabran Qaz İstismar Sahəsinin rəisi Axunbala Həmidov Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, rayon ərazisində kəskin qaz iyinin hiss edilməsi Əmirxanlı kəndi ərazisində qaz borusunda baş verən sızma ilə əlaqədardır. 

"Küləyin güclü olması səbəbindən qazın iyi bütün rayon ərazisinə yayılıb. Bu gün artıq qazın sızmasının qarşısı alınıb", - deyə Həmidov bildirib.

O əlavə edib ki, rayonda qazın verilməsində fasilələrin yaranması da baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar olub.  

Əsas mövzular