17:37 15 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0357
XƏBƏRLƏR
Qısa URL
24 0 0

Prezident Co Bayden sözügedən ifadəni işlədərsə, bu addım Türkiyə-ABŞ münasibətlərinə ciddi zərbə vuracaq.

BAKI, 31 mart — Sputnik. Türkiyə və ABŞ-ın yeni hakimiyyəti arasında həllini gözləyən S-400, "Feto" və PKK məsələlərinə "erməni soyqırımı" da əlavə olunub. Hazırda Türkiyədə ABŞ prezidenti Co Baydenin aprelin 24-də verəcəyi açıqlama, daha doğrusu, onun ənənəvi çıxışında "soyqırımı" ifadəsini işlədib-işlətməyəcəyi böyük maraqla gözlənilir.

"Türkiyə" qəzetinin diplomatik mənbələrə istinadla verdiyi xəbərə görə, artıq Vaşinqtona bu barədə xəbərdarlıq edilərək bildirilib ki, Co Bayden sözügedən ifadəni işlədərsə, bu addım Türkiyə-ABŞ münasibətlərinə ciddi zərbə vuracaq: "Bu mövzudakı həssaslığımızı ifadə etdik. ABŞ tərəfi "Bəli, bununla bağlı bizə təzyiq var, ancaq belə bir niyyətimiz yoxdur dedi", - deyə cavab verdi".

Qeyd edək ki, keçmiş prezidentlər Donald Tramp və Barak Obama yaşananları "böyük fəlakət" adlandırmışdılar.

Xatırladaq ki, ABŞ Konqresinin alt qanadı olan Nümayəndələr Palatası və yuxarı qanadı olan Senat 2019-cu ildə 1915-ci il hadisələrini "soyqırım" kimi tanıyan qanunu təsdiqləsə də, keçmiş prezident Donald Tramp bu qərarı dəstəkləmədiyini bildirmişdi.

Qərara ən kəskin reaksiya isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan gəlmişdi. O, bildirmişdi ki, ABŞ "erməni soyqırımı"nı tanısa, buna cavab olaraq NATO-nun Türkiyə ərazisindəki hərbi bazaları bağlanacaq.

Əsas mövzular