16:22 12 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0219
  • EUR2.0214
XƏBƏRLƏR
Qısa URL
22 0 0

Mart ayında açıqlanan statistikaya görə isə, son beş ildə Polad adını daşıyan körpələrin sayı 430 olub.

BAKI, 31 mart — Sputnik. Cari ildə ən çox qoyulan oğlan adları açıqlanıb. Sputnik Azərbyacan-ın Ədliyyə Nazirliyinə istinadən xəbərinə görə, cari ildə ən çox qoyulan oğlan adı Əli olub. Belə ki, 2021-ci il ərzində 241 yenidoğulmuş körpəyə Əli adı qoyulub. Cari ilin statistikasına görə, 239 körpəyə Yusif, 232 körpəyə Hüseyn adı verilib. 

Ən çox üstünlük verilən qız adı isə Zəhra olub. Belə ki, cari ildə 285 yenidoğulmuş körpəyə Zəhra, 216 körpəyə Aylin, 212 körpəyə isə Zeynəb adı qoyulub.

Bu ay ərzində daha 23 körpəyə Polad adı verilib. Ötən ayadək olan statistikada qeyd olunurdu ki, son 5 ildə 407 körpəyə Polad adı verilib. Mart ayında açıqlanan statistikaya görə isə son beş ildə Polad adını daşıyan körpələrin sayı 430 olub.

Qeyd edək ki, 2017-ci ildə 68, 2018-ci ildə 55, 2019-cu ildə 53, 2020-ci ildə isə 193 yenidoğulmuş körpəyə Polad adı verilib. Cari ilin 3 ayında isə 61 körpəyə Polad adı verilib.

Azərbaycanda Polad adı ötən ilin iyul hadisələrindən sonra, general-mayor Polad Həşimovun vəfatından sonra məşhurlaşıb.

P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı şəhid olub. O, iyulun 15-də II Fəxri xiyabanda dəfn olunub. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

 

Əsas mövzular