11:41 06 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0403
  • RUB0.0227
XƏBƏRLƏR
Qısa URL
80 0 0

Diplomlarına imtina verilən universitetlər arasında Regionlararası Heyətin İdarəolunması Akademiyası, Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti, İvanovo Dövlət Universiteti və Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası da var.

BAKI, 30 mart — Sputnik. Təhsildə Keyfiyyət Təminatı Agentliyi diplomlarının tanınmasından imtina verilən xarici ali təhsil müəssisələrinin siyahısını açıqlayıb. Agentlikdən Sputnik Azərbaycan-a bildirilib ki, 10 universitetin 851 halda diplomuna imtina verilib.

Diplomlarına imtina verilən universitetlər Regionlararası Heyətin İdarəolunması Akademiyası, Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti, İvanovo Dövlət Universiteti, Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası, V.N.Karazin adına Xarkov Milli Universiteti, Dağıstan Dövlət Pedaqoji Universiteti, Poltava İqtisadiyyat və Ticarət Universiteti, Tbilisi Açıq Tədris Universiteti, Avropa Universiteti və Gürcüstan Texniki Universitetidir.

Əsas mövzular