04:58 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
XƏBƏRLƏR
Qısa URL
105 0 0

Baş nazir Nikol Paşinyanın "Mənim addımım" parlament fraksiyasının deputatları da bu layihənin lehinə səs veriblərş

BAKI, 24 mart - Sputnik. Ermənistanda hərbi vəziyyət rejmi ləğv edilib.

Sputnik Ermənistan xəbər verir ki, ölkədə tətbiq olunan hərbi vəziyyət rejiminin ləğvi məsələsi bu gün parlamentin iclasında müzakirəyə çıxarılıb.

Deputatların 118-i hərbi vəziyyət rejiminin aradan qaldırılması barədə layihənin lehinə səs verib. 

Ermənistanda hərbi vəziyyət rejimi 2020-ci il sentyabrın 27-də - Qarabağda hərbi əməliyyatlar başlayan gündən tətbiq olunmağa başlayıb.

Rejimin ləğvi haqda qanun layihəsini Ermənistan parlamentinin müxalifətdə olan "İşıqlı Ermənistan" və "Çiçəklənən Ermənistan" fraksiyaları hazırlayaraq təqdim edib.

Baş nazir Nikol Paşinyanın "Mənim addımım" parlament fraksiyasının deputatları da bu layihənin lehinə səs veriblər və nəticədə hərbi rejimin ləğvi barədə qərar qəbul olunub. 

Əsas mövzular