19:23 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
XƏBƏRLƏR
Qısa URL
131211

Nazirlər Kabineti xüsusi karantin rejiminin uzadılması və aprel-may ayları üçün ictimai nəqliyyatın hərəkətinə dair qərar qəbul edib.

BAKI, 19 mart - Sputnik. Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Qərarı imzalanıb. Nazirlər Kabinetindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sözügedən Qərarda deyilir:

"Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılsın".

Qərara əsasən aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:

- 2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək;

- 10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;

- 17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək;

- 24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək;

- 1 may saat 00:00-dan 3 may saat 06:00-dək;

- 8 may saat 00:00-dan 10 may saat 06:00-dək;

- 15 may saat 00:00-dan 17 may saat 06:00-dək;

- 22 may saat 00:00-dan 24 may saat 06:00-dək;

- 29 may saat 00:00-dan 31 may saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Əsas mövzular