11:10 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0507
  • RUB0.0223
XƏBƏRLƏR
Qısa URL
12 0 0

Səmidli Babək 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsi, Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəkliyin və Murov yüksəkliyinin işğaldan azadedilməsi uğrunda gedən döyüşləri idarə edənlərdən biri olub.

BAKI, 19 mart — Sputnik. Azərbaycan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun Komandir müavini - Qərargah rəisi, Vətən müharibəsinin şəhidi polkovnik Babək Mətləb oğlu Səmidlinin şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinə daxil olub. Sputnik Azərbaycan xəbər verir ki, Babək Səmidli 1974-cü il yanvarın 7-də Göyçay şəhərində anadan olub. 1980-1991-ci illərdə Göyçay şəhəri 6 nömrəli orta məktəbdə təhsil alıb.

B.Səmidli 1993-cü ildə Türkiyənin Respublikasının Ankara şəhərində yerləşən Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olmuş və 1997-ci il 30 avqust tarixində həmin məktəbin motoatıcı ixtisası üzrə məzunu olub. 1997-ci ilin sentyabr ayından 1998 ci il may ayına qədər İstanbulda yerləşən Tuzla Piyadə məktəbində zabit ixtisaslaşma kursunda təhsil alıb. 1998-ci ilin avqust ayına qədər Türkiyə Quru Qoşunlarının Birinci ordusunun N saylı briqadasında motoatıcı tağım komandiri vəzifəsində təcrübə keçib.1998-ci ilin sentyabr ayından Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin H.Z. Tağıyev qəsəbəsində yerləşən N saylı hərbi hissəsində motoatıcı tağım komandiri, 2000-ci ildə Heydər Əliyev adına Ali Hərbi məkətəbə tağım komandiri vəzifəsinə təyin olunub.

Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə və Azərbaycanın qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Səmidli Babək 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsi, Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəkliyin və Murov yüksəkliyinin işğaldan azadedilməsi uğrunda gedən döyüşləri idarə edənlərdən biri olub. O, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya tərəfinin sülhməramlıları və Ermənistan tərəfinin rəsmilərində ibarət qrupun üzvü idi. Qrupun məqsədi döyüş meydanında qalan meyidlərin çıxarılması idi.

Daima ön xətdə olaraq şəxsi heyəti ruhlandırmış və onlarla bərabər döyüşə qatılıb. Döyüş zamanı dəfələrlə həyatını təhlükəyə ataraq 30 nəfərədən artıq yaralını döyüş meydanından çıxararaq həyatını xilas edib. 10 noyabr tarixində qələbə sevincini yaşasa da şəhidlərimizin nəşinin düşmən nəzarətində olan ərazilərdə qalması onu çox narahat edirdi və 2020-ci il 23 noyabr tarixində şəhidlərimizin nəşini almaq üçün danışıqlar apararkən, Suqovuşanda minaya düşərək şəhid olmuşdur. Mina partlaması nəticəsində həmçinin 4 erməni rəsmisi və 1 rus sülhməramlısı da yaralanıb. Şəhid Babək Səmidli 2020-ci il noyabrın 24-də Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli ölümündən sonra "Zəfər" ordeni ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Əsas mövzular