12:38 21 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0446
  • RUB0.0221
XƏBƏRLƏR
Qısa URL
4 0 0

Həm qida zəhərlənməsi hallarının sayı, həm də zərərçəkən sayı baxımından bu sahədə 2020-ci ildə müvafiq olaraq 9% və 6% azalma qeydə alınıb.

BAKI, 17 mart — Sputnik. Əvvəlki illərlə müqayisədə Azərbaycanda qida zəhərlənmələrinin sayında azalmalar qeydə alınıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin qida təhlükəsizliyi ilə bağlı icmal materialında məlumat yer alıb. Belə ki, məlumata görə, 2019-cu ildə qidadan zəhərlənənlərin sayı 583, ötən il isə bu rəqəm 546 olub. 2019-cu ildə qida zəhərlənməsi halları 206, 2020-ci ildə isə 187 olub.

Həm qida zəhərlənməsi hallarının sayı, həm də zərərçəkən sayı baxımından bu sahədə 2020-ci ildə müvafiq olaraq 9% və 6% azalma qeydə alınıb.

Qeyd edək ki, bu indikatorun təyini üzrə məlumatlar 2019 və 2020-ci illəri əhatə edən dövr ərzində Agentliyin “1003 Çağrı Mərkəzi” vasitəsilə qida zəhərlənməsi ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olan təcili bildirişlər əsasında tərtib olunub.

Əsas mövzular