15:48 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
XƏBƏRLƏR
Qısa URL
15 0 0

"Türkiyə və Azərbaycan artıq bir-birinə daha yaxındır. Hər iki ölkənin vətəndaşları yeni tip şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səyahət edə biləcəklər".

BAKI, 16 mart — Sputnik. Türkiyə Baş Polis İdarəsi bu ilin aprel ayının 1-dən Azərbaycana şəxsiyyət vəsiqəsi ilə gediş-gəlişin başlayacağını elan edib. Bu barədə Türkiyənin NTV kanalı ölkənin Daxili İşlər Nazirliyi Baş Polis İdarəsinin Twitter hesabından paylaşılan məlumata əsasən xəbər yayıb.

"İki dövlət bir millət. Türkiyə və Azərbaycan artıq bir-birinə daha yaxındır. Hər iki ölkənin vətəndaşları 1 aprel 2021-ci il tarixindən etibarən yeni tip şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səyahət edə biləcəklər. Hər iki ölkədə vizasız qalma müddəti 30 gündən 90 günə kimi uzadıldı", – deyə məlumatda bildirilir.

Qeyd edək ki, bu barədə xəbəri ilk dəfə 2020-ci ilin dekabr ayının 10-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz Twitter hesabında paylaşmışdı. Nazirin mesajında "Qardaşım, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla imzaladığımız protokola əsəsən, yaxın günlərdə Türkiyə və Azərbaycan arasında yalnız şəxsiyyət vəsiqəmizlə səyahət edə biləcəyik. Bir millət iki dövlətə də bu yaraşır! Xeyirli olsun!", – sözləri öz əksini tapmışdı.

 

Əsas mövzular