03:58 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
XƏBƏRLƏR
Qısa URL
12 0 0

Ölkə başçısının sərəncamı ilə xüsusi fonda yaradılıb. Həmin fonda bu günədək 114 milyon manat artıq vəsait yığılıb.

BAKI, 16 mart — Sputnik. "Bu günə qədər 460 minə yaxın vətəndaş vaksinasiya olunub".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, ölkə başçısının tapşırığına əsasən dövlətin bütün imkanları insanların sağlamlığının qorunmasına yönəlib:

"Ötən il pandemiya ilə mübarizə və onların aradan qaldırılması məqsədilə davamlı tədbirlər həyata keçirilib. Qısa müddət ərzində modul tipli xəstəxanalar yaradıldı. İl ərzində xarici ölkələrdən tibbi personallar dəvət edilib. Ölkə başçısının sərəncamı ilə xüsusi fonda yaradılıb. Həmin fonda bu günədək 114 milyon manat artıq vəsait yığılıb. Artıq peyvəndlər alınıb və ölkəmizə gətrilib. Bu günə qədər 460 minə yaxın vətəndaş vaksinasiya olunub".

Xatırladaq ki, bu gün Baş nazir Əli Əsədov Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edir. 

Əsas mövzular