12:49 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
XƏBƏRLƏR
Qısa URL
10 0 0

Mətbuatda Rövşən Əkbərovun həbs edildiyi və barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbirinin seçildiyi bildirilir.

BAKI, 16 mart — Sputnik. Baş Prokurorluq ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbs edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, Rövşən Əkbərovun həbsi barədə yayılan xəbərlər doğrudur.

Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs olunub. R. Əkbərov Ukrayna Respublikasının sorğusu əsasında həbs edilib.

R. Əkbərov Ukraynada qəsdən adam öldürmə cinayətində təqsirləndirilib. Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatında Rövşən Əkbərov barəsində istintaq orqanının təqdimatına baxılıb. Onun barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbirinin seçildiyi bildirilir.

Əsas mövzular