15:45 12 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0219
  • EUR2.0214
XƏBƏRLƏR
Qısa URL
642 0 0

Daxili İşlər Nazirliyi: "Mehman Hüseynovun həmin aparatla hardasa çəkiliş etməsi barədə hazırda hər hansı məlumat yoxdur".

BAKI, 15 mart — Sputnik. Bloger Mehman Hüseynovun ötən gün polis əməkdaşları tərəfindən saxlanılmasına aydınlıq gətirilib. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Mehman Hüseynovun istifadəsi üçün xüsusi icazə tələb olunan dron aparatını ölkəyə gətirməsi barədə əməliyyat məlumatı əldə olunub.

"Həmin məlumatın yoxlanılması məqsədilə bloqer ötən gün saxlanılıb. Yoxlama zamanı ondan 1 ədəd dron aparatı aşkar edilərək götürülüb. M. Hüseynovun həmin aparatla hardasa çəkiliş etməsi barədə isə hazırda hər hansı məlumat yoxdur", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, M. Hüseynov sərbəst buraxılıb.

Əsas mövzular