15:06 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
XƏBƏRLƏR
Qısa URL
9 0 0

Yeni qərara əsasən, Azərbaycanın apreldə öhdəliyi bu ilin birinci rübündə olduğu kimi, 123 min barel həcmində qalacaq. Gündəlik xam neft hasilatı isə apreldə də 595 min barel səviyyəsində saxlanılacaq.

BAKI, 5 mart — Sputnik. Azərbaycan "OPEC+" ölkələri nazirlərinin 14-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların aprel ayında da davam etdirilməsi ilə bağlı əldə edilmiş razılaşmanı dəstəkləyib. Bu barədə Energetika Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib.

Azərbaycan bu dəfə də pandemiyadan irəli gələn qeyri-müəyyənliklər şəraitində neft bazarında müsbət dinamikanın qorunub saxlanması məqsədilə "Əməkdaşlıq Bəyannaməsi" çərçivəsində neft istehsalçılarının konsensus əsasında fəaliyyətinin vacibliyini diqqətə çatdırıb.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov əvvəlki dövrlərlə müqayisədə hazırda neft bazarının nisbətən balanslaşdığını, lakin hələ də risklərin aradan qalxmadığını vurğulayıb:

"Tənzimləmə prosesinə ehtiyatlı yanaşma öz aktuallığını saxlayır. Hazırkı qiymət artımını neftə təlabat göstəricilərindən çox mövcud qlobal konyunktura şərtləndirir. Neftin bahalaşması tələbatla əlaqəli olduqda, fundamental faktorlara əsaslandıqda dayanıqlı olur. Bu aspektdə bazardakı real vəziyyətə uyğun optimal addım hasilata korreksiyaları bir qədər təxirə salmaqdır".

Yeni qərara əsasən, Azərbaycanın apreldə öhdəliyi bu ilin birinci rübündə olduğu kimi, 123 min barel həcmində qalacaq. Gündəlik xam neft hasilatı isə apreldə də 595 min barel səviyyəsində saxlanılacaq. "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları isə apreldə 6,9 mln. barel təşkil edəcək.

Xatırladaq ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən ilin dekabrında keçirilmiş 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayında 0.5 mln. barel artırılması, "OPEC+" nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə kvotaların qarşıdakı aylarda tədricən 2 mln. barelədək yumşaldılması razılaşdırılmışdı. Bu çərçivədə "OPEC+" ölkələri nazirlərinin 2021-ci ilin yanvar ayındakı 13-cü iclasında gündəlik xam neft hasilatının fevralda 7 mln.125 min barel, martda isə 7 mln. 50 min barel azaldılmasına qərar verilmişdi.

Teqlər:
ixtisar, azalma, neft hasilatı, hasilat, neft, Azərbaycan

Əsas mövzular