İsrail səfiri qazilərin müalicə olunduğu tibb müəssisəsində

© Photo : Facebook / George Deek Джордж Дик
 Джордж Дик - Sputnik Azərbaycan, 1920, 04.03.2021
Abunə olmaq
İnanıram ki, bu ölkələrimiz arasında dostluğun əlamətidir. İnanıram ki, dostluğumuz gələcəkdə daha da inkişaf edəcək və daha da çiçəklənəcək.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. İsrailin Azərbaycandakı səfiri Corc Dik Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə baş çəkib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı İsrail səfirliyi yayıb.

"Bu gün mənim üçün həyəcanlı bir gündür. Səkkiz nəfər İsrailli həkim, təbii bacıları, texniklər və ağ geyimli mələklər Azərbaycana gələrək 150-dən çox azərbaycanlını müalicə etdikləri Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya mərkəzini ziyarətimi bitirdim. Bu gün tanış olduğum insanlar, bəziləri on doqquz və daha böyük fərqli yaşlarda olan insanlar mümkün olan ən yaxşı müalicəni alırlar. İsrail həkimlərindən biri ilə danışdım. O dedi ki, dörd gün ərzində burada İsrail klinikalarında 6 ayda icra etdiyi əməliyyatlardan daha çox əməliyyat keçirib. Məhz bu bizim iş birliyimizin ruhudur.

Bu, İsrail ilə Azərbaycan arasındakı dostluğun ruhudur. Azərbaycandakı bu insanların sağlamlıqlarını bərpa etmələrinə, özlərinə inamın, qabiliyyətlərinin geri qayıtmasına və Azərbaycanda - öz vətənlərində yaxşı, normal və layiq olduqları həyat yaşamalarına kömək etmək istəyirik. İnanıram ki, bu ölkələrimiz arasında dostluğun əlamətidir. İnanıram ki, dostluğumuz gələcəkdə daha da inkişaf edəcək və daha da çiçəklənəcək", - deyə Corc Dik vurğulayıb.

Xəbər lenti
0