Xocalı faciəsini törədənlərin başında duranlar ədalət məhkəməsi qarşısına çıxarılmayıb

© Sputnik / Rahim MuradovLənkəran Şəhər Heydər Əliyev Mərkəzində Xocalı soyqırımını əks etdirən rəsm sərgisi
Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində Xocalı soyqırımını əks etdirən rəsm sərgisi  - Sputnik Azərbaycan, 1920, 26.02.2021
Abunə olmaq
Nazir qeyd edib ki, 10 noyabr 2020-ci ildə imzalanan bəyanatdan sonra Ermənistan tərəfi Azərbaycanın işğaldan azad olunan ərazilərinə diversiya qrupları göndərib və bu diversiya qrupu zərərsizləşdirilənə qədər işğaldan azadolunan ərazilərdə ağır cinayətlər törədib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 26 fevral — Sputnik. "Xocalı faciəsinin Azərbaycan xalqının ürəyində açdığı yaralar hələ də sağalmayıb". Sputnik Azərbaycan xəbər verir ki, bunu Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə ADA Universitetində keçirilən tədbirdə xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Nazir qeyd edib ki, Xocalı faciəsini törədənlərin başında duranlar bu günə qədər ədalət məhkəməsi qarşısına çıxarılmayıb.

C.Bayramov bildirib ki, Xocalı soyqırımına beynəlxalq müstəvidə lazımı hüquqi-siyasi qiymət verilməyib:

"1992-ci ildə Erməni birləşmələri adi silahlardan istifadə edirdilərsə, 2020-ci ildə onlar ağır texnika, kasetli bombalar, raketlər və digər vasitələrdən istifadə etdilər. Nəticədə döyüş bölgəsindən kənarda yüzlərlə insan öldü, yaralandı. Ermənistan rəhbərliyinin dinc əhalini atəşə tutması bu ölkənin rəhbərliyinin terrorçu düşüncəsindən xəbər verir".

Nazir qeyd edib ki, 10 noyabr 2020-ci ildə imzalanan bəyanatdan sonra Ermənistan tərəfi Azərbaycanın işğaldan azad olunan ərazilərinə diversiya qrupları göndərib və bu diversiya qrupu zərərsizləşdirilənə qədər işğaldan azadolunan ərazilərdə ağır cinayətlər törədib.

Ceyhun Bayramov vurğulayıb ki, Ermənistan tərəfi indiyə qədər Azərbaycanın işğaldan azad olunan ərazilərində yerləşdirdiyi minaların xəritəsini Azərbaycan tərəfinə verməkdən imtina edir: "Biz dünya birliyini bu addımı qınamağa çağırırıq".

Nazir çıxışının sonunda qeyd edib ki, dünya dövlətləri, beynəlxalq təşkilatlar Xocalı soyqırımı ilə bağlı kənar müşahidəçi kimi fikir bildirməməli, ədalətli mövqe sərgiləməlidirlər.

Xəbər lenti
0