06:56 28 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
XƏBƏRLƏR
Qısa URL
18 0 0

"Sayğaclar quraşdırılmazdan öncə onlar test edilir. Tərəfimizdən yoxlamalar aparılıb və sayğaclarda problem aşkarlanmayıb" - Məmməd Abbasbəyli.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 17 fevral — Sputnik. "Azəriqaz" İstehsalat Birliyi ilə bağlı bizim xidmətin iki istiqamətdən nəzarət mexanizmi var. Bildiyiniz kimi "Azəriqaz" İB təbii inhisar subyektidir. Sayğaclarla bağlı problem yarandıqda tərəfimizdən araşdırmalar aparıldı. Tabeliyimizdə olan Metroloji Xidmət tərəfindən araşdırma aparıldı".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “2020-ci ilin yekunları” adlı onlayn konfransı zamanı Xidmətin rəis müavini Məmməd Abbasbəyli deyib.

O bildirib ki, Metroloji Xidmət tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq "Azəriqaz" İB-nin sayğaclarında hansısa kənarlaşmaların olmaması aşkarlanıb: "Sayğaclar quraşdırılmazdan öncə onlar test edilir. Tərəfimizdən yoxlamalar aparılıb və sayğaclarda problem aşkarlanmayıb".

 

Əsas mövzular