Qiymətləri qaldıran apteklər məhkəməyə verildi

© Sputnik / Murad OrujovВитрина с лекарствами
Витрина с лекарствами - Sputnik Azərbaycan, 1920, 17.02.2021
Abunə olmaq
"25 aptekdə dövlət tərəfindən tənzimlənən qiymətlərdən kənaraçıxma olduğundan onlarla bağlı işlər sənədləşdirilərək məhkəməyə göndərilib" - Məmməd Abbasbəyl.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 17 fevral — Sputnik. "2020-ci ildə 3 min 708 vətəndaş tərəfindən müraciət daxil olub ki, onların 528-i mobil telefon, 523-ü məişət texnikası, 336-sı geyim, 321-i məişət əşyaları ilə bağlı olub. İstehlakçı hüquqlarının qorunması üçün ötən il 38 obyektdə dərman vasitələrinin satış qiymətinə dövlət nəzarəti olub. Qeyd edim ki, ötən il ərzində 30 aptekdə yoxlama aparılıb və onlardan 25-də qanun pozuntusu aşkarlanıb. Yəni, 25 aptekdə dövlət tərəfindən tənzimlənən qiymətlərdən kənaraçıxma olduğundan onlarla bağlı işlər sənədləşdirilərək məhkəməyə göndərilib".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “2020-ci ilin yekunları” adlı onlayn konfransı zamanı Xidmətin rəis müavini Məmməd Abbasbəyli deyib.

M.Abbasbəyli bildirib ki, qanunsuz reklamların yayımı ilə bağlı 23 müraciət daxil olub.

Xidmətin rəis müavini qeyd edib ki, bu müddətdə antiinhisar fəaliyəti haqda qanunun pozulması əlamətləri üzrə 2 işə baxılıb və 27 milyon 412 min 962 manat maliyyə sanksiyası tətbiq edilib. Haqsız rəqabətin pozulmasına görə isə 14 min 179 manatlıq sanksiya tətbiq edilib.

M.Abbasbəyli qeyd edib ki, 2020-ci ildə dövlət büdcəsindən olan ümumi satınalmalar 6 milyard yarımdan artıq olub.

Bundan başqa, qeyd olunub ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən rəqabət məcəlləsi ilə bağlı layihə hazırlanıb, aiddiyyəti qurumlara göndərilib. Bu qurumların rəy və təklifləri öyrənildikdən sonra layihə müvafiq quruma təhvil veriləcək.

Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən artıq təbii inhisar subyektləri olan iri dövlət şirkətlərinin gəlir və xərc smetalarının təhlilinə başlanılıb.

Xəbər lenti
0