03:10 03 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0440
XƏBƏRLƏR
Qısa URL
36 0 0

"Bərbərxanada tibbi maskadan istifadə etməyən xanıma qarşı kobudluq edən şəxsin Yasamal RPİ 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlu polis adına yaraşmayan əməlinə görə tutduğu vəzifədən azad edilib".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 17 fevral — Sputnik. Daxili İşlər Nazirliyi Yasamal rayonunda bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri edən polis əməkdaşı ilə bağlı araşdırmanı yekunlaşdırıb. Bərbərxanada qadına qarşı dələduzluq edən polis işdən kənarlaşdırılıb.

Sputnik Azərbaycan-a bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib. O bildirib ki, həmin videogörüntülər DİN-də hərtərəfli və operativ araşdırılıb:

"İctimaiyyətdə narazılıq doğuran videogörüntü ilə bağlı araşdırma aparılıb. Bərbərxanada tibbi maskadan istifadə etməyən xanıma qarşı kobudluq edən şəxsin Yasamal RPİ 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlu polis adına yaraşmayan əməlinə görə tutduğu vəzifədən azad edilib".

Xatırladaq ki, hadisə fevralın 12-si saat 16 radələrində Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən bərbərxanaların birində baş verib. Yasamal RPİ 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlu bərbərxanaya daxil olaraq, qeydiyyatçı işləyən qadına maska taxmadığına görə cərimə yazacağını bildirib. Vətəndaş isə maska taxdığını bildirərək buna etiraz edib. Daha sonra isə sahə müvəkkili bərbərxanada həmin qadına qarşı fiziki təzyiq edərək onu itələyib. Ardınca isə polis əməkdaşı C.Qubadov həmin xanımı polis bölməsinə aparıb və ona cərimə protokolu yazılıb.

Əsas mövzular