01:32 28 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
XƏBƏRLƏR
Qısa URL
154 0 0

Daha böyük faciə ilə nəticələnə biləcək bu hərəkətin qarşısını almaq üçün polislər süni tıxac yaratmaq məcburiyyətində qalıblar.

BAKI, 9 fevral - Sputnik. Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə seqmentində Sumqayıt Polis İdarəsində vətəndaşın döyülməsi və idarənin zirzəmisində saxlanılması ilə bağlı yayılan iddialara cavab verib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, qeyd olunan halların bütün xüsusatları araşdırılır:

“Vətəndaşın Sumqayıt şəhərində iri tutumlu avtobusla sərxoş vəziyyətdə axşam saatlarında avtoxuliqanlıq hərəkətləri ilə müşayiət olunan əməllərinin videogörüntüləri sosial şəbəklərdə yayılaraq, geniş ictimai rezonans yaradıb. Ailə üzvləri ictimai təhlükəli əməl törədən şəxsin üzərindən cinayət təqibini dayandırmaq, yaxud dəyişdirmək məqsədilə əsassız, həqiqətə uyğun olmayan məlumatlar yayır.  

Daha böyük faciə ilə nəticələnə biləcək bu hərəkətin qarşısını almaq üçün polislər süni tıxac yaratmaq məcburiyyətində qalıblar. Avtobus yüksək sürətlə taxacdakı polisin xidməti avtomobilinə çırpılıb. Sürücünün sifəti sükana dəyib, burun çəpərinin zədələnməsi nəticəsində burun və gözətrafı nahiyədə göyərmə, ödem (şişkinlik) yaranıb".  

Vətəndaşın zirzəmidə saxlanmasına toxunan E.Hacıyev əlavə edib ki, o, zirzəmidə yox, törətdiyi əmələ görə məhkəmə hökmünə əsasən istintaq təcridxanasına yerləşdirilib: 

"Hazırda şəhər prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, istintaq hərəkətləri davam etdirilir. Vətəndaşın xəsarət alması ilə nəticələnən hala görə ekspertiza təyin edilib”.

Əsas mövzular