17:20 26 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
XƏBƏRLƏR
Qısa URL
34 0 0

"Təəssüflər olsun ki, Ukraynanın özünün hələlik vaksini yoxdur. Rusiyalıların var və bu, onların əhalisi üçün pozitivdir".

BAKI, 8 fevral — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın özünəməxsus koronavirus peyvəndinin olmasını pozitiv fakt adlandırıb.

"Təəssüflər olsun ki, Ukraynanın özünün hələlik vaksini yoxdur. Rusiyalıların var və bu, onların əhalisi üçün pozitivdir", - deyə Zelenski "Ukrayna 30. Koronavirus: Çağırışlar və cavablar" forumunda jurnalistlərin sualını cavablandırarkən bildirib.

O, həmçinin qeyd edib ki, Ukrayna "AstraZeneca"-dan bir milyon doza vaksin alan kimi hərbçilərlə birgə peyvənd olunacaq. O, canlı yayım zamanı peyvənd vurdurmağa hazır olduğunu da dilə gətirib.

Qeyd edək ki, fevralın 2-si "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib.

Klinik sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib.

Həm peyvənd, həm də plasebo vurulmuş 19 866 könüllünün analiz təhlilləri göstərir ki, hər iki dozadan sonra peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"-nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"-ın - 79,3% təşkil edir.

Tədqiqatın vacib bir hissəsi də 60 yaşdan yuxarı könüllülərin sınaqlarda iştirakı ilə bağlı idi (peyvənd qrupunda ən yaşlı iştirakçının 87, plasebo qrupunda isə 84 yaşı olub). Yaşlılar üçün təhlükəsizlik göstəriciləri yüksək olub. 60 yaşdan yuxarı 2144 könüllü üçün effektivlik 91,8% təşkil edib ki, bu da 18-60 yaş arası könüllülər qrupunda əldə edilən məlumatlardan statistik olaraq fərqlənmir.

Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib-hazırlanıb. Bu, dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

Əsas mövzular