Yüz iyirmi gün sonra gələn qara xəbər: İtkin hərbçi şəhid olub

© Sputnik / Leyla AbdullayevaTural İsayev
Tural İsayev - Sputnik Azərbaycan
Abunə olmaq
Tural ailənin yeganə oğlan övladı olub. Atasını çoxdan itirən şəhidin bacısı ailədir, anası isə bundan sonra tək yaşamalı olacaq. 

Leyla Abdullayeva, Sputnik Azərbaycan 

BAKI, 30 yanvar - Sputnik. Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü Tural Saləddin oğlu İsayevin Vətən müharibəsində şəhid olduğu müəyyən edilib. 
Müharibənin ilk günlərindən barəsində heç bir məlumat olmayan, itkin düşdüyü ehtimal edilən Tural İsayevin şəhid olması artıq təsdiqini tapıb.

© Sputnik / Leyla AbdullayevaTural İsayev
Yüz iyirmi gün sonra gələn qara xəbər: İtkin hərbçi şəhid olub - Sputnik Azərbaycan
Tural İsayev

Mərhum hərbçinin nəşi sabah doğulduğu Siyəzən rayonunun Yenikənd kəndinə gətiriləcək və torpağa tapşırılacaq.

Tural İsayevlə əlaqə sentyabr ayının 27-də kəsilib və 4 aydır ailəsi ondan heç bir xəbər ala bilməyib. 

Tural ailənin yeganə oğlan övladı olub. Atasını çoxdan itirən şəhidin bacısı ailəlidir, anası isə bundan sonra tək yaşamalı olacaq. 

Xəbər lenti
0