12:16 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
XƏBƏRLƏR
Qısa URL
66 0 0

Təhsil naziri bildirib ki, 50 yaşdan yuxarı müəllimlərin mərhələli şəkildə vaksinasiya edilməsi düzgündür.

BAKI, 30 yanvar - Sputnik. “Şənbə günləri ictimai nəqliyyatın işləməməsi və məktəblərdə tədrisin olması ilə də bağlı araşdırma aparmışıq”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda sualları cavablandırarkən deyib.

O bildirib ki, dərsləri həftə içi 5 günə yerləşdirməyə çalışırlar: “Mümkün qədər 6-cı günlərin dərs olmamasına çalışırıq. Məktəblilərlə bağlı o qədər böyük problemimiz olmur, çünki onların əksəriyyəti dərsə ictimai nəqliyyatdan istifadə edərək gəlmir. Müxtəlif məktəblərdə bu rəqəm 80 faiz civarında dəyişir, bəzisində daha çoxdur. Müəllimlərlə bağlı məsələ ciddi kimi gəlir. Xahişim odur ki, məktəb direktorları ilə müəllimlər bu məsələni tənzimləsinlər. Hansı müəllimlər ki, ictimai nəqliyyatdan istifadə etmir, məktəbə yaxın ərazidə yaşayır  nəzərə alınsın. Şənbə günü fəaliyyət göstərən məktəblərimizin sayı həddən artıq azdır”.

Nazir şagirdlərin I sinfə qəbulu ilə bağlı deyib ki, bu proses pandemiya şəraitindən asılı olacaq.

O bildirib ki, son dövrdə bununla bağlı bir sıra dəyişikliklər edilib:

“Məktəblərə qəbul ərazi prinsipi üzrə aparılır. Yerləşdirmələr elektron sistem vasitəsilə həyata keçirilir. Rus bölməsi ilə bağlı rus dili bilikləri yoxlanılır. Ötən il bunu distant formada etdik. Düşünürəm ki, uğurlu alındı”.

Nazir müəllimlərin COVID-19 testindən keçmə məsələsinə də münasibət bildirib: “Test iki halda məcburidir. Birincisi sizin hansısa simptomlarınız varsa, hansısa şəkildə təcili yardıma müraciət etməlisiz. İkincisi, təmasda olan şəxslərin də test olunması həyata keçirilir. Amma kütləvi testləşmə o halda olur ki, məktəbdə yoluxma halı qeydə alınıb. Vaksinlərlə bağlı məsələ başqadır. Bu, yaşla bağlı məsələdir. Düşünürük ki, 50 yaşdan yuxarı müəllimlərimiz üçün mərhələli şəkildə həyata keçirilməsi düzgündür”.

Teqlər:
Koronavirus, epidemiya, COVID-19, vaksinasiya, Emin Əmrullayev, Təhsil Nazirliyi, təhsil naziri

Əsas mövzular