10:27 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
XƏBƏRLƏR
Qısa URL
51 0 0

Çavuşoğlunun sözlərinə görə, gəmi limana çatdıqdan sonra Fərman İsmayılov nəşinin Azərbaycana göndərilməsi üçün lazımi addımlar atılacaq.

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində yanvarın 23-də dəniz quldurları tərəfindən qaçırılan Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmi hazırda Qabon sahillərindədir.

Sputnik Azərbaycan-ın məlumatın agörə, bunu Türkiyənin NTV telekanalına açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O, qeyd edib ki, gəmidə azərbaycanlı mühəndis Fərman İsmayılovun nəşi var.

“Gəmi limana çatdıqdan sonra nəşin Azərbaycana göndərilməsi üçün lazımi addımlar atılacaq”,  - deyə Çavuşoğlu bildirib.

Nazir dəniz quldurlarının girov götürdüyü 15 nəfərin azad edilməsi üçün bütün addımların atılacağını söyləyib. O həmçinin bildirib ki, Türkiyə vətəndaşlarını qaçıran dəniz quldurları hələ əlaqə saxlamayıb və tələblərini bildirməyiblər.

Xatırladaq ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.

Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.

Teqlər:
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Mövlud Çavuşoğlu, Qabon, dəniz quldurları

Əsas mövzular