04:50 01 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
XƏBƏRLƏR
Qısa URL
20 0 0

Striminq platformasının əldə etdiyi uğura COVID-19 pandemiyası, orijinal kontent, həmçinin “Korona” və “Kraliçanın gedişi” seriallarının nümayişi səbəb olub.

BAKI, 23 yanvar — Sputnik. Ötən ilin nəticələrinə görə “Netflix” yayım şirkətinin auditoriyası rekord həddə çataraq 200 milyondan çox abunəçi toplayıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, striminq platformasının əldə etdiyi uğura COVID-19 pandemiyası, orijinal kontent, həmçinin “Korona” və “Kraliçanın gedişi” seriallarının nümayişi səbəb olub.

Netflix, internet üzərindən yayım həyata keçirən bir Amerika platformasıdır. Netflix-də müxtəlif serial, film, sənədli film və verilişlər yayımlanır. Həmçinin şirkət, film və seriallar çəkilişləri ilə də məşğuldur. Netflix-in iş sistemi belədir: Sayta üzv olmaq və müəyyən aylıq ödəniş etməklə seriallara və filmlərə baxmaq imkanı təqdim edir.

İnternetin ən böyük xidmətlərindən biri olan Netflix, 29 Avqust 1997-ci ildə Rid Hastinqs (Reed Hastings) və Mark Randolf (Marc Randolph) tərəfindən qurulub. İlk iş modeli DVD satış və kirayəsi olub. Ancaq qurulduqdan təxminən bir il sonra Rid Hastinqs tərəfindən poçtla DVD icarəsinə diqqət ayıracaqları elan edilib və satışları dayandırıblar.

1999-cu ildə abunə sisteminə keçdikdən sonra, Avropanın bir hissəsinə, eləcə də Şimali və Cənubi Amerikaya 100 min fərqli media məzmunu və 1 milyarddan çox DVD ilə xidmət göstərməyə başladı. Qısa bir müddət sonra ABŞ-da abunə sayı 39 milyona, qlobal olaraq 57.4 milyona çatdı. 2007-ci ildə insanların maraqlarına uyğun olaraq, internet üzərindən filmləri izləmək fürsəti təmin etməyə yönəldi.

Televiziya vərdişlərimizi kökündən dəyişdirən Netflix, Kanadada 2010-cu ildə xidmət göstərməyə başladı və beləliklə dünyaya açılması üçün ilk addımı atdı. 2016-cı ilin yanvar ayından etibarən 190-dan çox ölkədə xidmət göstərməyə başladılar. 2016-cı ildə 126 orijinal serial və film buraxdılar. 2017-ci ilin iyul ayında Netflix dünya səviyyəsində 103.95 milyon abunəçiyə çatdı. 2021-ci ilin ilk ayında isə bu rəqəm artıq 200 milyon abunəçidir. 

İlk 2,5 milyon dollarlıq investisiya ilə qurulan Netflix, 23 May 2002-ci ildə NFLX kodu ilə Nasdaq Birjasında səhm buraxılışına başladı. İlk günündə 12% dəyər qazanmağı bacardı.

Netflix-in, xüsusən beynəlxalq sferada qəbul edilməsi sayəsində şirkətin səhmləri əhəmiyyətli dərəcədə artdı. 2002-ci ildə təklif olunan səhm dəyəri 1,2 dollar idi, indi 530 dollar civarındadır.

Teqlər:
Netflix şirkəti

Əsas mövzular