17:29 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
XƏBƏRLƏR
Qısa URL
13 0 0

"Türksat 5A peykindən 35 dəqiqədən sonra siqnal gəldi. Hazırda peyk səyahətinə davam edir. Bu səyahət 4 ay çəkəcək. Testlərimizi yerinə yetirəndən sonra peyk aktivləşdiriləcək".

BAKI, 8 yanvar — Sputnik. Türkiyənin yeni TÜRKSAT 5A peyki Bakı vaxtı ilə səhər saat 06:15-də kosmosa buraxılıb. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadla verdiyi xəbərə görə, peyk ABŞ-ın Florida ştatındakı Cape Canaveral bazasından uğurla kosmosa göndərilib və 35 dəqiqə sonra ondan gələn ilk siqnal qəbul olunub. Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu iyun ayında Türksat 5B peykinin də kosmosa buraxılacağını bildirib.

A.Karaismailoğlu peykin öz orbitinə doğru irəliləməyə başladığını deyib. "Türksat 5A peykindən 35 dəqiqədən sonra siqnal gəldi. Peyk səyahətinə davam edir. Bu səyahət 4 ay çəkəcək. Testlərimizi yerinə yetirəndən sonra peyk aktivləşdiriləcək", – deyə nazir qeyd edib.

Qeyd edək ki, Türkiyənin 5-ci nəsil peyki Türksat 5A  Amerikanın Space X şirkətinə aid Falcon 9 raketi ilə kosmosa göndərilib. Daha sonra peykin idarəsi Gölbaşı Peyk Yer stansiyasına veriləcək.

Əsas mövzular